“Həyat yoldaşım deyinir” - Gülyanaq - VİDEO
![](https://img.mynews.az/news/2018/02/photo_40229.jpg)
“Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür”.
Mynews.az-ın məlumatına görə, bu sözləri xalq artisti Gülyanaq Məmmədova “Virtual həyat” verilişinə açıqlamasında deyib.
Şəxsi həyatından söz açan müğənni həyat yoldaşından danışıb:
“Keçən ilin dekabrında hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam.
Çox tərifləyəndə deyirlər ki, nə qədər tərif olar. Elə deyil axı. Hər ailədə söz-söhbət var. Mənim də ailəmdə var. Mən bir gündə beş işimin arxcasınca gedə bilmərəm. Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt işlər yığılır qalır. O da insandır axı, onun da əsəbləri var. Bəzən deyinir”.
Maqazin
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 194 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 185 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 183 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 183 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 182 dəfə oxunub