Müğənni Yeganə Akbudak türkiyəli həyat yoldaşı Fatehlə boşanma xəbərlərinə son qoyub.
Mynews.az-ın məlumatına görə, cütlük birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olublar.
Yeganə bildirib ki, artıq boşanma xəbərlərindən yorulub:
"Bezmişəm, az qalıram nikah kağızımı hamıya göstərim. O qədər yazıb-pozurlar. Qanuni ərimdir. İstəyirəm evli olduğumuzu göstərən kağızı pasport əvəzi üstümdə gəzdirim".
Müğənni qayınatasından bəhs edib:
"Qayınatamın qızı yoxdur, məni övladı kimi çox istəyir. Tikinti işi ilə məşğuldur, ev tikib satır. Hər dəfə bina tikəndə mənə bir ev hədiyyə edir. Deyir ki, Ömərindir (oğlu - red.). İstanbulda iki ev bağışlayıb mənə".
Həyat yoldaşı Fateh bəy isə evlilikləri haqda "Hər şey yaxşıdır. 8 ildir evliyik. Sənət adamı ilə ailə qurmaq çox çətindir" sözlərini deyib.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub