Son günlər səhhətində problem yaranan xalq artisti Arif Quliyev açıqlama verib.
Mynews.az bildirir ki, o, BiG.AZ-ın əməkdaşı ilə söhbətində vəziyyətinin yaxşı olduğunu, narahatçılığa heç bir əsas olmadığını dilə gətirib. Aktyor səhhəti ilə bağlı sənətdən də danışıb:
"67 yaşım var. Səhhətimdə nasazlıqlar yaranması normaldır. İnsanlar xəstələndiyimi, və yaxud başıma hər hansı bir hadisənin gəldiyini eşidəndə təşvişə düşürlər. Məsələn, bir dəfə kino çəkilişi zamanı traktor sürürdüm, yıxıldım, səhhətimlə bağlı yüngül problem yaşadım. Yazdılar ki, Arif Quliyevi maşın vurub, vəziyyəti ağırdır. Belə əsassız xəbərlərlə insanları narahat etmək düzgün deyil. Demək istəyirəm ki, yaxşıyam".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub