"Həyat yoldaşım deyinir" - Gülyanaq
"Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür".
Bu sözləri xalq artisti Gülyanaq Məmmədova "Virtual həyat" verilişinə açıqlamasında deyib.
Şəxsi həyatından söz açan müğənni həyat yoldaşından danışıb:
"Keçən ilin dekabrında hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam.
Çox tərifləyəndə deyirlər ki, nə qədər tərif olar. Elə deyil axı. Hər ailədə söz-söhbət var. Mənim də ailəmdə var. Mən bir gündə beş işimin arxcasınca gedə bilmərəm. Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt işlər yığılır qalır. O da insandır axı, onun da əsəbləri var. Bəzən deyinir".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub