"Hara baxırsan - haqsızlıq, dava-dalaş, müharibələr, faciələr, amansız cinayətlər, insan arzularının darmadağın olması, qlobal, total təqib və basqılar..."
BiG.AZ xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev deyib. O bildirib ki, bəşəriyyətdə bu cür haqsızlıqlar, faciələr baş versə də, yenə sənətə sığınır:
"Qınamayın məni. Deməyin ki, pessimistəm, bədbinəm.
Tarixin bütün dövrlərində bəni-adəm zülm, şiddət, ədalətsizliklər görüb. Amma, hər şeyə rəğmən, xoş gələcəyə inamını itirməyib.
XXI əsr bəşər övladının mərhəmət, sevgi, şəfqət - bir sözlə, insaniyyətə ümidlərini puç edir büsbütün.
Hara baxırsan - haqsızlıq, dava-dalaş, müharibələr, faciələr, amansız cinayətlər, insan arzularının darmadağın olması, qlobal, total təqib və basqılar...
Ucuz alıb, baha satan dünya...
Bu dəhşətlər arasında yeğanə sığınacağım - Sənətdir.
İnamı, ümidi, ruhuma sığalı onda tapıram yalnız.
"Dünyanı gözəllik xilas edəcək" deyiminin dərin mənası budur, həqiqətən.
Bir gün bəşəriyyətin nizama gələcəyi xəyalı ilə yaşayan, sizin, 1oo%F.A".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub