Nadir od püskürdü: "Məni görəndə bilmirsiniz, haramdan girib, haramdan çıxasınız"

622
Nadir od püskürdü: "Məni görəndə bilmirsiniz, haramdan girib, haramdan çıxasınız"

"Ey, alçaqlar, bir özünüzə baxın, sonra kimisə müzakirə edin. Həyatda heç nəyə nail olmayan bəzi adamcıqlar, namusdan, qeyrətdən xəbəri olmayanlar, görəsən yazdığınız təhqirləri mənim üzümə deyə bilərsiniz? Əlbətdə yox, çünki bunu etmək üçün monitor qəhrəmanı yox, əsl qəhrəman olmaq lazımdır, o da ki, sizlərdə yoxdur".

Müğənni Nadir Qafarzadə bu sözləri sosial şəbəkədə sənətçi barəsində yazan istifadəçilərə ünvanlayıb:

"Mən dəfələrlə qeyd etmişəm ki, sosial şəbəkələrdən ancaq instaqramda şəxsi səhifəm var. "Facebook"da yoxam. Sözüm mənim adımdan, səhifə açanlara və yaxud instaqram səhifəmdən şəkil, video oğurlayıb, "facebook"da paylaşanlara və onları müzakirəyə çıxardıb təhqirlər, söyüşlər yazan bəzi " kişiciklər" və "qadıncıqlara"dır. Sükür, Allahım məndən heç nəyi əsirgəməyib. Bəziləriniz kimi arvadımı, bacımı küçələrə buraxmamışam, arvad hesabına kişi olmamışam ki... Kişi olan şəxs monitor arxasında kişilik nümayiş elətdirməz, sözü olan üz-üzə, göz-gözə sözünü deyər. Çox, təəssüf ki, bəzi monitor alçaqlarının içərisində, kişi görmədim. Məni görəndə bilmirsiniz, haramdan girib, haramdan cıxasınız. Amma, arxamca danışırsınız. Çünki, siz bədbəxt adamcıqlarsınız. Allah, sizi unudub ay boşluqlar. Mən sizin yerinizdə olmaq istəməzdim. Amma, mənim yerimdə olmaq istəyənlər çoxdur. Mən sözümü dedim. İndi o söyüş, təhqir yazanların yolunu və zəngini gözləyirəm. Günün hər saatında, görüşməyə hazıram. Yazdıqlarım yalnız, bəzi alcaqlaradır. Demirəm ki, orada təkcə mənə nələrsə yazılır, müğənni həmkarlarımında haqqında, haqlı-haqsız yazırlar. Bəlkə, kimsə qebul edir, amma mən qəbul etmirəm. Məsəl var, "Minnətdaram düşmənimə, qoymur məni düşməyə". Siz, alçaqlığınızda qalın, mən ucalmağımda!".

Xəbər lenti