Xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım onun haqda şok açıqlamalar edib.
"Xəzər maqazin” verilişinin apardığı araşdırma zamanı ifaçının ilk evliliyindən oğlunun olduğu ortaya çıxıb:
"Səmədlə Yasamalda qonşu idik. Həmin vaxt mənim 16 yaşım var idi. O isə hərbi xidmətdən yeni gəlmişdi və kasıb oğlan idi. Onunla qaçdım. Ailə həyatı qurandan 9 ay sonra övladımız dünyaya gəldi.
5 il ailəli olduqdan sonra hazırki yoldaşı yanıma gəlib dedi ki, məni murdarçılıqdan xilas et. Sən gözəlsən ər taparsan.
Ondan bir il sonra ikinci dəfə ailə həyatı qurmuşam”.
Zərifə xanım S.Səmədovun oğlunu qəbul etmədiyini də bildirib:
"Niyə bunun bu qədər nifrəti var? Sənin ürəyindəki vicdana nə gəlib? 5 il sən ona baxmısan. Onu atasının yanına yollayanda yoldaşı qapını açdı və heçnə soruşmadan "Nədir? Atan pullanıb ona görə gəlmisən?””
Xalq artisti oğlunun yas məclisinə qırmızı pencəkdə qatılıb:
"O hərbi xidmətdə olub, iki il yarım da müharibə görüb. Geri döndükdən sonra isə Yasamalda yanımda çalışıb. Bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Niyə ondan imtina edirsən?
Oğlunun 3 mərasiminə qırmızı pencəkdə gəldi. Rühəngiz Allahverdiyeva yanımda əyləşmişdi. Məni yeməyə məcbur edirdi. Səmədin o hərəkətindən sonra Səmədlə bir də oxumayacağını dedi.”
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub