Mynews.az Axşam.az-a istinadən şou-biznesin yalan danışan məşhurlarını təqdim edir:
Əməkdar artist Aygün Bəylər bir müddət əvvəl yalandan ərə gedəcəyini demişdi. Xanəndə məclisin dəbdəbəli şəkildə keçiriləcəyini, 30 minlik gəlinlik hazırlatdırdığını, Türkiyədən 150 min dollara orkestr gətizdirəcəyini söyləyib. Amma bir müddət sonra Aygün piar üçün yalandan belə xəbər yaydığını bildirib. Müğənni hətta illər əvvəl uşağını dayə tərəfindən döyülməsi ilə bağlı yaydığı məlumatın da yalan olduğunu deyib.
Bu yaxınlarda yalandan toy xəbərini yayan müğənnilərdən biri də Mirkamil Kamilov olub. Kamil xaricdə özünə toy etdiyini, bunu valideynlərindən də gizlətdiyini söyləyib. Aradan bir neçə gün keçdikdən sonra isə müğənni xəbərin yalan olduğunu etiraf edib.
Əməkdar artist Tünzalə Əliyeva illər əvvəl boşanma xəbərini yaymışdı. Aktrisa bu günlərdə açıqlayıb ki, həmin açıqlamanı yeni açılan verilişin piarı üçün edib. Bu yalan xəbər onun ailəsində problem yaradıb.
Müğənni Nadir Qafarzadə də yalan danışan sənətçilərdən olub. O, bir vaxtlar Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin olunduğunu demişdi. Hətta Nadir vəzifəsinin icrasına başladığını bildirmişdi. Amma bir gün sonra xəbərin yalan olduğu ortaya çıxmışdı.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub