22 yaşında olarkən rejissoru tərəfindən zorlandığını deyən azərbaycanlı aktrisa Fatimə Abbasquliyeva ilə bağlı qalmaqal böyüyür.
Mynews.az-ın məlumatına görə, "Rossiya 1" kanalının "Pryamoy efir" proqramı ilə video bağlantı yaradan rusiyalı aktrisa, model Viktoriya Bonya azərbaycanlı həmkarının ittihamlarına şübhə ilə yanaşdığını bildirib.
“Fatimə 22 yaşında zorlandığını deyir. Daha sonra saunada, yataqda olublar. 22 yaşda saunaya bir yerdə necə gedə bilərlər. Axı həmin vaxt Fatimə balaca qız uşağı olmayıb axı”, - deyə model bildirib.
Azərbaycanlı aktrisa 12 il əvvəl 22 yaşı olanda rejissor Mark Rozovski tərəfindən zorlandığını bildirib.
Aktrisa bu hadisəni yada salanda özünü çox pis hiss etdiyini söyləyir. Rusiya Teatr Akademiyasınada təhsil alərkən Rozovski Fatiməyə dərs deyib.
Aktrisa söyləyir ki, Mark ona xoş sözlər söyləyib və kənarda görüşməyi xahiş edib. Fatimə ilə görüş təyin edən rejissor onu zorlamağa müvəffəq olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub