Bir müddət əvvəl keçmiş həyat yoldaşı tərəfindən təhdid olunan tanınmış reper Anar Nağılbazın səhhəti qəfildən pisləşib.
Əldə etdiyimiz məlumata görə, Nağılbazı özünə gətirmək üçün təcili yardım maşını çağırılıb. Hazırda reperin ev şəraitində müalicə aldığı deyilir.
Mynews.az xəbər verir ki, yenicag.az reperlə əlaqə saxlayaraq, vəziyyəti ilə maraqlanıb. O, səhhətinin qəfildən pisləşdiyini bildirib:
"O hadisələrdən sonra, bilirsiniz ki, səhhətimdə ciddi problemlər yarandı. Uzun müddətdir ki, müalicə alıram. Bir neçə gün əvvəl halım qəfildən pisləşdi, həkimlər məni kritik durumdan çıxartdılar. Amma ürəyim çox zəifdir, həkimlərin dediyinə görə, nəzarət altında olmalıyam. İndi də yanımda tibb bacısı var, bir azdan sistem köçürüləcək. Ürək təzyiqim hazırda 40-dır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub