Müğənni Gülay Zeynallı son vaxtlar verilişlərə getməməsinin səbəbini açıqlayıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "Evimin qonaqları" verilişinə gələn sənətçi bildirib ki, qalmaqaldan qaçır:
"Verilişlərimiz ancaq qalmaqal istəyir. Adam əziyyətlə, dişi-dırnağı ilə bu səviyyəyə gəlib çıxıb. Mən bu reytinq xatirinə onu qurban vermək istəmirəm. Hər gün verilişə çıxa bilərəm. Amma bunu istəmirəm.
Dəvət olunanda soruşuram qonaq kimdir, mövzu nədir? Bu, böyüklük kimi çıxmasın. Qalmaqal olan verilişə getmək istəmirəm. Çünki proqramdan sonra günlərlə yazacaqlar".
Həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə bağlı sual Gülayı əsəbiləşdirib:
"Kamil də, mən də tək olanda işdən sual verirlər. Bir yerdə olanda ailədən danışırlar. Bu, mənə maraqlı deyil. Səhnəyə gəlməmişəm ki, şəxsi həyatımdan danışım. Məni verilişə çağıranda sənətimdən danışın".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub