Səməd Səmədovdan keçmiş həyat yoldaşına sərt cavab "Yəqin başqa işi yoxdur"

666
Səməd Səmədovdan keçmiş həyat yoldaşına sərt cavab "Yəqin başqa işi yoxdur"

Ötən gün xalq artisti Səməd Səmədovun birinci həyat yoldaşı Zərifə xanım uzun illərdən sonra ortalığa çıxıb, dəhşətli açıqlamalar edərək müğənnini bir sıra ailə məsələlərində ittiham etdi.

"16 yaşında Səmədlə ailə həyatı qurdum. 9 aydan sonra bizim oğlan övladımız dünyaya gəldi. Ailə həyatımız cəmi 5 il sürdü" deyən xalq artistinin eks-həyat yoldaşı onu oğluna laqeyid münasibətdə günahlandırdı:

"O, İradə ilə evlənəndən sonra bizi tamami ilə unutdu. Öz oğlunu belə görməkdən imtina edən Səməd onunla bu illər ərzində bir dəfədə olsun maraqlanmadı. Bir gün oğlum Emin atası Səmədi görməyə getdi, qapını isə arvadı İradə açdı. O, oğluma söylədi ki, "nə oldu atan məşhurlaşıb, varlanandan sonra yadına düşdü". Bu sözlərdən pərişan duruma düşən Emin bu həyatda çox əziyyətlər və ağır günlər yaşadı.Ata qayğısına möhtac qalan Səmədin ilk övladı Emin həyatdan nakam köçdü getdi".

Zərifə xanım iddia edir ki, Səməd hətta oğlunun yas mərasiminə qırmızı pencəkdə gəldi: "Özünü elə aparırdı ki, sanki, bu, onun oğlu deyil". 

Mynews.az  xəbər verir ki, atv.az-a danışan Səməd Səmədov ironiyasını gizlətməyərək bildirib ki, bu qadını 20 ildir ki görmür: ""Oğlunun yasında qırmızı pencək geyinmişdi" kimi cəfəngiyyat sözlərin nəyini şərh edim? Bircə onu deyə bilərəm ki, oğlum hər zaman mənim yanımda olub və mən bir ata kimi ona hər zaman qayğı göstərməyə çalışmışam.O isə nə istəyir, danışa bilər, yəqin başqa bir işi yoxdur".

Xəbər lenti