ARB TV-nin “Səhər Səhər” verlişinin növbəti qonaqları müğənnilər Elnar Xəlilov və Əhməd Mustafayev olub.
Maraqlı müzakirələr ətrafında baş tutan proqramda iki gənc müğənni arasında qalmaqal yaşanıb.
İlk olaraq Elnar Xəlilov konservatoriya oxuyanların heç birinin musiqi ilə məşğul olmadığını vurğulayıb:
“Savadlı insanın ümumiyyətlə piyano-forto ayırd edə bilməməsi mənə qəlb acısı verir. Çünki mən bilirəm Əhməd bəy savadlı insandır. Musiqi savadı var. Özü də qeyd etdi. Sadecə bir şeyi unutmaq lazım deyil. Konservatoriyanı ildə minə yaxın insan bitirir. Mənim qrup yoldaşım var adımı çəkməyəcəm, kartoşka satır. Mən burda katoşka satanları alçatmıram. Sadəcə demək istədiyim odur ki, ixtisası ilə məşğul deyil”.
Elnarın bu atmacasına isə Əhməd Mustfayevin cavabı gecikməyib:
“Sən özün də bir vaxtlar qarpız satmısan. Yəni ayıb deyil amma özündən soruşaq istədim. Olub yəni elə bir şey.”
Daha sonra Əhmədin bu fikirlərini müğənni həmkarı Elnar özü də təsdiqləyib:
“Bəli Sant Peturburqda satmışam. Mənim gizlətmək istədiyim şeyləri heç kim bilə bilməz. Yəqin ki, mən istəməmişəm ki, gizli qalsın ki, o bilir. Mən bu günə qədər ailəmi ac saxlamamışam”.
Sözügedən görüntüləri sizlərə təqdim edirik:
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub