Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər.
Vəsatət gələn prosesdə müzakirəyə çıxarılacaq. Proses martın 5-də davam edəcək.
Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.
P.Abıyeva isə instagram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.
T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: "Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik".
P.Abıyevanın vəkili Ceyhun Yusifov müvəkkili şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.
Məhkəmə hər iki iddianı icraata götürüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub