Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.
Mynews.az-ın məlumatına görə, ötən gün axşam baş verən hadisədə sənətçinin maşını avtobusla toqquşub.
Sərnişin avtobusunun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib. Bundan sonra avtobus yolun kənarında duram D.Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb. Nəticədə müğənninin maşını əzilib. Kazımova təhlükəsizlik kəmərini taxdığı üçün heç bir xəsarət almayıb. Amma avtomobildə olan köməkçisi başından xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və siğorta şirkətinin işçiləri gəlib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub