"Üzümdə sızanaqlar var və bu problemlə yaşayıram. Sosial şəbəkələrdə, xüsusilə də YouTube-da populyaram. Çünki təqibçilərimə, tamaşaçılara yalan danışmıram, hər şeyi olduğu kimi deyirəm. Sızanaqlarımla da mübarizə aparıram. Məhz bu səbəbdən şirkətdən mənə verilən cavaba görə alçaldığımı, təhqir olunduğumu sanıram".
İngiltərənin Birmingem şəhərində yaşayan 21 yaşlı bloqer Xədicə Xan belə deyir.
Onun sözlərinə görə, L'Oréal şirkəti ilə əməkdaşlıq barədə model agentliyindən təklif alıb.
O, Parisdə L'Oréal-ın yeni saça baxım setinin təqdimatına və reklam çəkilişlərinə dəvət almışdı.
Agentlik populyar bloqerin xidmətlərindən faydalanmaq istədiyini bildirmişdi.
Xədicə razılıq verib. L'Oréal isə Xədicəyə mesaj yollayaraq "model agentliyinin yanlış qərar verdiyini", habelə "şirkətin üzü sızanaqlı, dərisində problemlər olan insanlarla reklam əməkdaşlığı etmədiyini" vurğulayıb.
"Şirkətin əvvəlcə məni ümidləndirməsi, sonra da rədd cavabı verməsi təhqirdir. Belə çıxır ki, L'Oréal yalnız ideal dərili insanlarla əməkdaşlıq etmək istəyir. Amma ideal dərili insan yoxdur. İnternetdəki trolların yaramazlar olduğunu bilirəm. Amma dünyaca məşhur brendin troll kimi davranması, mənim kimi insanlara internetdə yer olmamasına işarə vurması utancvericidir", - Xədicə Xan deyib.
mənbə: milli.az


1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub