Amerikada yaşayan əslən Azərbaycanlı olan model Stefano Suaros (Rəcəb Rəcəbli) yenə hər kəsi təəccübləndirməyi bacarıb.
SİA-ya açıqlama verən Stefano Suaros səsi ilə bütün Amerikanı heyran qoyduğunu bildirib: "Artıq 15 ildir ki, model kimi fəaliyyət göstərirəm. Tədbirlərin birində Allah yolumu açdı. Belə ki, bir çox məşhurların iştirak etdiyi dəfilədə mahnı oxudum. Həmin bəstə mənə uğur gətirdi. Dünya ulduzları Justin Bieberlə və Jay-Zla əməkdaşlıq edən şirkət səsimi eşitdi və çox bəyəndi. Həmin şirkət məni işbirliyinə dəvət etdi. Artıq mahnı da hazırlamışıq Belə ki, şirkətlə bağlanan müqavilə əsasında ilk mahnı sevgidən bəhs edən “Live In My Heart” – “Ürəyimdə yaşayırsan” adlanır. Həmin bəstə dünyanın məşhur səsləri ilə birlikdə Amerika radiolarında səslənir. Bu mahnı ilə kifayətlənməyərək, yeni manhılar üzərində işlər gedir".
Qeyd edək ki, Stefano Suaros hələ model kimi ilk addımlarını atanda Bakıda Asəf Zeynallı adına musiqi məktəbində təhsil alırdı. Model olaraq naliyətləri uğurla davam etməsi onu musiqidən uzaqlaşmağa məcbur etdi.