İki məşhurun arasında yaşanan mahnı davası səngimək bilmir. Söhbət müğənnilər Rəqsanə İsmayılova və Cin ləqəbi ilə şou biznesdə məşhurlaşan reper Ceyhun Zeynalovdan gedir. Rəqsanənin:"Mənim mahnımdan istifadə edəsən, mənim mahnımdan pul qazanasan mən də duram qıraqdan baxım deyim ki, çox sağol? Mahnının içində o qədər eybəcər səslər var ki, elə bil qarnı ağrısına düşüb"-deməsi qarşı tərəfi Cinı sözün əsl mənasında cin atına mindirib.
Mynews.az xəbər verir ki, Cinin Rəqsanəyə cavabı gecikməyib. Məşhurun video mesaj lentə alaraq, onu sosial şəbəkələrdə yayımlayıb.
“2018-ci ilin yanvar ayının 1 də Yeni il karnavalında “Bivəfa” adlı mahnısını oxudum.
Bu bəstəni məndən öncə Rəqsanə xanım ifa edib. Mahnıya ikinci nəfəs verdim və çox sevildi. Bununla bağlı Rəqsanə xanıma 2 dəfə zəng elədim, telefona cavab vermədi. Hətta mesaj da yazdım ki, mən bu mahnını oxuyacağam.
Rəqsanə müsahibə zamanı deyib ki, Ceyhunu məhkəməyə verəcəyəm, mahnımı pis gündə oxuyub, özü də icazəsiz. Ümumiyyətlə, bu mahnı özbəklərin mahnısıdır. Rəqsanə xanım hansı hüquqlardan danışa bilər?
Mahnının bəstəkarı özbək Azolda Nur Sayıdivadır. Azərbaycan dilinə bu mahnının tərcümə edən isə dostum Altay Yaşardır. Yəni Azərbaycanda bu mahnı ilə bağlı müəllif hüququ olan insan yoxdur. Mən Azolda xanımla danışmışam və icazəsini də ondan almışam. Azolda özü heç Rəqsanəni ümumiyyətlə tanımır. Rəqsanə özü bu mahnının oğurlayıb. Hələ müəllif hüququndan danışır.
O ki qaldı mahnını oxumağa. Oxumuşam, əcəb etmişəm. Rəqsanə hər yerdə deyir ki, mahnımı elə oxuyub elə bir qarnı ağrıyır. Mən də burdan demək istəyirəm ki, Rəqsanə, sən özün bir güzgüyə bax, gör nə gündəsən, bəlkə sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır. Mən bu mahnını oxuyanda sənin sifətini yadıma saldım, yəqin buna görə qarın ağrısı hissi keçirmiş ola bilərəm” deyə Cin Rəqsanəyə yaman pis sataşıb.
Cinin video mesajını sizə təqdim edirik: