Bu gün "Səhər-səhər" verilişində müğənni Əli Mirəliyevin aparıcı Rövşanə Ağasəfqızına sevgi etiraf etməsi cavabsız qalmayıb.
Mynews.az-ın məlumatına görə, lent.az-a açıqlama verən R. Ağasəfqızı Ə.Mirəliyevin sözlərinə bu cür münasibət bildirib:
"Bəzən insanlar yaşından, cəmiyyətdəki yerindən, mövqeyindən ciddi nəticə çıxartmayaraq yüngül mövqe ifadə edirlər. Biz isə bunun müqabilində etik normaları gözləyərək, təbəssümlə yola verməyə çalışırıq. Lakin unudurlar ki, normalar pozulanda bəzən sərt cavab vermək məcburiyyətində qala bilərik. Mən Əli Mirəliyevə yaşına görə sərt mövqe bildirmirəm. İnanıram ki, mənim bu yanaşmamdan nəticə çıxaracaq və bir daha qeyri ciddi fikirlər səsləndirməyəcək".
Qeyd edək ki, Əli Mirəliyev bu gün "Səhər-səhər" verilişində R. Ağasəfqızına sevgi etirafı etmişdi: "Sevdiyin insan yanında olsa bu sevgi deyil. Əlin çatmamalıdır ona. Yemək yeyəndə belə gözünün qabağından keçir. Hər dəfə gözümün qabağındadır. Bizlərdə arvad boşamırlar. Bu sevgi mənimlə qəbrə gedəcək. Bizim şou biznes əhli öyrəşib gedib başqasını almağa".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub