Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov işdən azad olunub. Teatr buna səbəb kimi isə İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasını göstərib.
Məsələ ilə bağlı unukal.org-a danışan aktyor haqqında yazılanların yalan olduğunu bildirib:
"Bütün bunlar ağ yalandır. İşdən çıxarılmağımın birinci səbəbi,Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovunbir aktyor kimi məni öz komandasında görmək istəməməsidir. Bunun səbəbini də bilmirəm. O, bunu teatra təyin olunan gündən özümə deyib. Bildirib ki, mənimlə bir yerdə işləmək istəmir və haqqımda yaydıqları məlumatların hər biri yalandır. Bildiyiniz kimi, ötən il səhhətimlə bağlı əməliyyat keçirmişdim. Buna görə də büllütendə olmuşam. Baxmayaraq, bir-iki tamaşalarım olub ki, gəlib rolumu oynamışam. Artıq-əskik danışmaq istəmirəm. Əgər mənə qarşı qərəzli nəysə yazılsa, bəzi gizli məqamlar var ki, hər birini yerli-dibli açıb deyəcəm. Bir rəhbər şəxs işçisini istəməyəndə bəhanə tapmaq asandır. Mən yetərincə məsuliyyətli insanam. Davamiyyətə gəldikdə isə teatrda belə bir qanun var. Teatrda tamaşada rol almamısansa, həmin gün teatra gəlməyə də bilərsən. Bu qanun bütün teatrlarda belədir".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub