Əməkdar artist Elza Seyidcahanın ilk şeirlər kitabı işıq üzü görüb.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, "Mən dəlinin rəssamı" adlı kitabı “AQAT” Təbii Daşlar Evinin sponsorluğu ilə dərc olunub.
Kitabın təqdimarı Muzey Mərkəzində baş tutub.
Kitab bir çox cəhətlərinə görə ənənəvi nəşrlərdən seçilir. Belə ki, bu nəfis kitabda toplanan şeirlər məşhur rəssam Əşrəf Heybətovun rəsmləri ilə təqdim olunur və şeirlərlə rəsmlər arasında ideal harmoniya yaradılıb.
Kitabda E.Seyidcahanın bəstələrinin notları da dərc olunub.
Həmçinin nəşrdə təbii daşlar haqqında inanılmaz faktlar yer alıb.
Bir çox məşhur insanların və media nümayandələrinin iştirak etdiyi tədbirdə sənətçinin bacısı Rasimə səhnəyə çıxaraq mahnılar səsləndirib.
Baş sponsor “AQAT” Təbii Daşlar Evi tədbir iştirakçılarına təbii daşlardan hazırlanmış maraqlı aksesuarlar hədiyyə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub