“Mənə dedi ki, bu qədər şərəfsizlik olar?” Mə​ş​hurlardan maraqlı açıqlamalar - Sorğu - VİDEO

727
“Mənə dedi ki, bu qədər şərəfsizlik olar?” Mə​ş​hurlardan maraqlı açıqlamalar - Sorğu - VİDEO

Məşhurlar bu dəfə​ ARB Ulduz-un "Şou məkan" proqramının kameralarına başlarına gələn zarafatlardan danışıblar.

Tacir Şahmalıoğlu: "Mənə zəng etdilər ki, maşın yanır. Həmin vaxt yatırdım. Maşında sənədlər, bir az da pul var idi. Xəbəri eşidən kimi elə bunlar yadıma düşdü. Ay aman, pul getdi, sənədlər yandı. Sonra gördüm ki, uşaqlar gülürlər. Sən demə, 1 aprel zarafatı imiş".

Cəmilə Tağızadə: "Serialda çəkiləndə bacılarım var idi - Günay və Rumiyyə. Məni hava limanında qarşılayanda çox böyük bir sürpriz etdilər. Mən həyəcandan, stressdən, qorxudan ağladım. O da özüm üçün deyil, Rumiyyə üçün. Dedilər ki, Rumiyyəni götürüb aparıblar, vəziyyəti çox pisdir. O dərəcədə pisdir ki, biz itirdik Rumiyyəni. Siz mənim halımı təsəvvür edin də. Çox pis vəziyyətdəydim. Bir də gördüm ki, Günayla Rumiyyə gəlir, sağ-salamat, hər şey də yaxşıdır. Düşündüm ki, indi ürəyim partlayacaq."

Roza Zərgərli: "Yeni il qabağı mənə mesaj gəlmişdi ki, mən sənə nifrət edirəm, dünyada səni kimi adam görmədim. Bu qədər insafsızlıq, şərəfsizlikmi olar? Bu sözlər yazılmışdı. Çünki sən Şaxta babaya inanmırsan. İlk dəfə oxuyanda çox qorxmuşdum. Çünki həmin mesajı yazan o qədər yaxın bir insan idi ki. Düşündüm ki, axı mən ona nə etmişəm?"

Zarafatın dərəcəsi bəzən o qədər amansız və adamı özündən çıxaran olur ki, insanlar zarafat edəni elə həmin dəqiqə bir qaşıq suda boğmaq istəyirlər.

Xatun: "Xanım müxbir var idi. Bir gün çəkilişə gəldim. Çəkilişə gələndə saçımı yığmışdım. Bir telim düşmüşdü üzümə. Tutdu saçımın telini dartdı. Dedim sən nə edirsən? Çəkiliş qabağı istəmirdim ki,​ əhvalım pozulsun. İstədim onun bütün saçını yolam. Dedi ki, zarafat elədim də. Gəl sən də mənim saçımı dart. Mən onda onun üzünü gördüm".

Zarafat edənin də, zarafat qurbanının da zövq aldığı, sonda əyləncənin olduğu məqamlar var ki, bu cür xoş zarafatlardan heç kimə əsəb və stress gəlməz.

Nüşabə Ələsgərli: "Ailəvi dostumuz var, Zemfira xanım Mədətova​. O, Hindistana gedib gəlir, bizneslə məşğuldur. Yatırdıq, səhər saat altı ya 7 olardı. Zemfira xanım aprelin 1-də​ zəng edib ki, Nuşka, Rza yanındadır? Deyirəm səhər altıdır da, yanımda yatır. Dedi ki, Rzanı Bollivuda çağırırlar, kinoya çəkmək istəyirlər. Təbrik edirəm, gözünüz aydın. Mən də sevindiyimdən Rzanı oyadıram ki, dur-dur...".

Nazənin: "Bir dəfə məni hava limanına göndəriblər ki, Moksvada toya getməliyik. Biletlər də yazılıb. Getdim, gördüm heç nə yoxdur. Dostum yanımdan çıxdı ki, yaxşı oldu, səni neçə vaxt idi ki, görmürdüm. Amma sözün açığı elə pərt olmuşdum".

Müğənni Samir Cavadzadənin əməkdar artist Röya Ayxana etdiyi aldadıcı zarafat isə zarafatların ən maraqlısı sayıla bilər.

Samir Cavadzadə: "Röyaya deyirəm ki, tortun üzərindəkiləri söndürmək olar. O da mənə inanır. Bax bu videoda deyirəm ki, onu söndür. Söndürməyə başlayır. Bu cür zarafatlarımız da olub. Onu söndürmək olmur axı".

Heyvanlara, hətta onların oyuncaq versiyalarına belə olan fobiya, müğənni Yusif Mustafayevi də bərk qorxuya salıb.

Yusif  Mustafayev: "Cibimə ilanın skletini atıblar. Həyatda ən çox qorxduğum da ki, ilandır. Onda qorxduğum kimi hələ qorxmamışdım".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbər lenti