Ötən gün Rusiyada “Jara 2018” musiqi mükafatları mərasimi baş tutub.
Mynews.az xəbər verir ki, “Crocus City Hall”da reallaşan gecədə tanınmış ulduzlar iştirak edib.
Tədbirə Emin Ağalarov, Ani Lorak, Svetlana Loboda, Vera Brejneva, Valeriy Meladze, Qriqori Leps və başqaları qatılıb. Prodüseri Emin Ağalarovun olduğu “Jara” musiqi festivalında iştirak edən və şou-biznesdə fərqlənən məşhurlara mükafat verilib.
Mükafatlandırma mərasimində ən yaxşı klip Valeri Meladzenin “Свобода или сладкий плен” mahnısına çəkilən ekran işi, ən yaxşı duet Emin Ağalarov və A-Studio (Eсли ты рядом), ən yaxşı xanım müğənni Ani Lorak, ən yaxşı kişi müğənni Dima Bilan, ən yaxşı qrup “Leninqrad”, ilin artisti Qriqori Leps, ən yaxşı mahnıda Svetlana Loboda (Случайная) qalib elan edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub