Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədovanın (Aisel) “X my heart” mahnısına çəkilən klipin yayım tarixi dəqiqləşib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, İnfe Azərbaycan səhifəsi məlumatına görə, ekran işi bu gün təqdim olunacaq.
Aysel Avropa səhnəsində ifa edəcəyi mahnı ilə bağlı İTV-yə açıqlama verib. O bildirib ki, studiyada musiqi yazılarkan bəstə onda xoş emosiyalar və ruh yüksəkliyi yaradıb:
“Mahnının sözləri ilə güclü bir bağlılıq hiss etdim. Bu, mənim hamıya çatdırmaq istədiyim ismarıcdır: özünəinam səni hətta top mərmisindən də güclü edir.
Sandra Byurmanın mahnının sözlərində mənim adımın ayın bir hissəsi ilə bağlılığını qeyd etməsi çox xoşuma gəldi. Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox məmnunam.
Azərbaycan, Böyük Britaniya, İsveç, Kipr, Portuqaliya, Rusiya, Ukraynadan olan professionalların birgə işini vurğulamaq istərdim. Mənim üçün “Eurovision” insanları musiqi vasitəsilə birləşdirən müsabiqədir. Bu tədbirdə ölkəmi təmsil etmək mənim üçün qürurvericidir”.
Qeyd edək ki, bəstə Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.
Lissabonda keçiriləcək müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub