Azərbaycanın daha bir tanınmış generalının övladı sosial şəbəkələrdə özünün avtomobil kolleksiyasını nümayiş etdirib.
Bu dəfə Azərbaycanın Milli Qəhrəmanı, Şəmkir korpusunun komandiri, general-leytenant Rövşən Əkbərovun 28 yaşlı oğlu Telman Əkbərov tanınmış müğənni Röya Ayxanla sevgili olması və özünün idman avtomobilləri ilə gündəmə gəlib.
Ötən ilə qədər Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov da oxşar hərəkətləri ilə medianın gündəminə gəlmişdi.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə xuliqanlıq etdiyinə görə həbs edilib.
Oğlunun xuliqanlıq görə atası Novruzəli Orucov da Prezident İlham Əliyevin 11 iyul 2017-ci il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad olunub.
sfera.az








1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub