Müğənni Kibariyenin 14 yaşlı qızı ilə cinsi əlaqədə olmaqda ittiham edilən 19 yaşlı B.U. 19 illik həbs edilə bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kibariyenin qızı 2015-ci ildə sosial şəbəkədə 19 yaşlı B.U. ilə tanış olub. Qızın atası onların münasibətini dəstəkləməsə də, cütlük cinsi əlaqədə olub. Müğənninin əri polisə şikayət edib.
Bundan sonra məsələyə Ailə və Sosial Siyasət Nazirliyi müdaxilə edib. Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan B.U. açıqlamasından bunları deyib: "Anası istəyirdi ki, biz evlənək. Birlikdə nişan üzüyü taxdıq. Qız mənə 18 yaşında olduğunu demişdi. Azyaşlı olduğundan xəbərim yox idi".
B.U. onunla öz razılığı ilə əlaqəyə girdiyini söyləyib. B.K.-dan psixoloq nəzarəti altında ifadə alınıb. O, B.U.-dan şikayətçi olmadığını deyib. Qızın “Öz istəyimlə birlikdə olduq” ifadəsi alındıqdan sonra müttəhim 6 ay sonra azad edilib. Müttəhim dəlil çatışmazlığından bəraət qazanıb.
Ailə və Sosial Siyasət Nazirliyinin vəkili və Anadolu Cümhuriyyət Baş Prokurorluğu isə B.U.-nun bəraətinə etiraz edib. İşi araşdıran İstanbul Bölgə Ədliyyə Məhkəməsi 20-ci Cəza Dairəsi 15 yaşından kiçik qızın razılığının qanuni baxımdan etibarlı olmadığı vurğulayıb. Bəraət qərarını ləğv edən 20-ci Cəza Dairəsi müttəhimə 19 il 9 ay 15 gün cəza verib. Xaricə çıxışına qadağa qoyulan B.U. məhkəmə qərarı təsdiqlənərsə, yenidən həbsxanaya girəcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub