Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.
Mynews.az "Ölkə.Az"a istinadən xəbər verir ki, aktyorun 8 Mart-Beynəlxalq Qadınlar Günü üçün ailə üzvlərinə aldığı hədiyyəni ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq oğurlayıblar.
E.Hacıbabayev əməkdaşımızla söhbətində faktı təsdiqləyib:
"Hadisə Binəqədi rayonu, Naxçıvani küçəsi 33 B ünvanında baş verib. Ötən gecə həyat yoldaşım üçün aldığım hədiyyəni avtomobilimin şüşəsini sındıraraq oğurlayıblar".
Aktyor deyib ki, baş vermiş hadisəylə bağlı Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizəylə müraciət edib. Faktla bağlı təhqiqat araşdırmasına başlanılıb.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub