Qadına tətbiq oluna biləcək ən gözəl şiddət, onu şiddətlə sevməkdir. Kişiliyin gücü isə bir qadına vurmaqda deyil, bir qadına vurulmaqdadır. Qadın tanrının kişiyə əmanətidir. Allah əvvəlcə Adəmi, sonra Həvvanı yaradaraq onu Adəmə əmanət etdi. Qadın hər gün sevilmək, sevmək, qayğı, hörmət gözləyir, bir gün deyil! Qadın hər gün qadın olmaq istəyir. Özünü hər an qadın hiss etmək istəyir. Qadın zərif, incə, incə olduğu qədər də güclü, dözümlü, mübariz məxluqdur. Qadın hər gün sevilmək, sevmək, qayğı, hörmət gözləyir, bir gün deyil! Qadın hər gün qadın olduğunu hiss etmək istəyir. Biz də “Mən də qadınam” adlı layihəmiz vasitəsilə çalışdıq ki, 8 mart günü 8 obrazda müxtəlif qadın simalarını canlandıraq. Qadına ən böyük hədiyyə ona edilən hörmət, verilən dəyərdir. Bu dəyəri bir dəstə güllə, bir qutu ətirlə və ya hansısa qızıl əşya ilə ölçmək olmaz. Yalnız bir gün evlərində qadın olduğunu xatırlayan kişilərə mesaj olaraq müğənni Türkan Vəlizadənin Xəbərçi.az üçün çəkdirdiyi fotolayihəsini təqdim edirik:
Layihə rəhbəri: Əfruzə Ağayeva
Layihə prodüseri: Ayxan Məmmədli
Stilist: Günay Mustafa
Fotoqraf: Orxan Hüseynov
Xatırladaq ki, ifaçı Pərviz Bülbülə ilə oxuduqdan sonra daha da məşhurlaşıb.









1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub