Rusiyanın ən məşhur blogerlərindən biri, əslən azərbaycanlı olan Hüseyn Həsənov 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə anasına qeyri-adi sürpriz edib.
BAKU.WS-in məlumatına görə, Həsənov, hədiyyə etdiyi son model "Mercedes" markalı maşını güllərlə bəzəyib, üzərində isə ləçəklərlə "ana" sözünü yazıb.
Anasını gözləri bağlı şəkildə binadan çıxaran Hüseyn ona qızılgüllərdən ibarət böyük çələng verib və təbrik edib. Bu zaman isə həm ana həm də oğul göz yaşlarını saxlaya bilməyib.
Bloger anası ilə birgə lentə aldığı bu görüntünü "İnstagram" hesabında izləyiciləri ilə paylaşıb. Qısa zaman çərçivəsində Hüseynin bu videosuna 5 milyondan artıq insan izləyib.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyada yaşayan Hüseyn Həsənov rus polisi tərəfindən saxlanılıb. Buna səbəb isə Həsənov "İnstagram"da zarafat məqsədilə bank soyacağını yazması olub.
Hüseyn ilə anasının birgə olan görüntülərini sizə təqdim edirik :
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub