Tanınmış aktyorun avtomobili Bakıda qarət edilib.
BiG.AZ bildirir ki, çəkildiyi filimlərin çoxunda məşhur oğru kimi rol alan Elşən Hacıbabayevin avtomobili ötən gün səhər saatlarında Binəqədi rayonu 8-ci mikrorayonda, evinin qarşısında qarət edilib.
Elşən Hacıbabayevin sözlərinə görə, naməlum şəxs və ya şəxslər onun avtomobilindən bahalı hədiyyə oğurlayıblar.
Zərərçəkmiş dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə gələn Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşları avtomobildən əl-barmaq izlərini götürüblər. Zərərçəkmiş iddia edir ki, ona təxminən 150 manat ziyan dəyib.
Qeyd edək ki, məşhur aktyor çəkildiyi ''Ağ Tük'' və ''Oğlan Evi'' filmində daha çox oğru obrazı ilə hər kəsin yaddaşında qalıb. Oğurluğun sirlərini çəkildiyi filimlərdə öyrənən Elşən Hacıbabayev bu dəfə özü zərərçəkmiş duruma düşüb.
5-ci polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. /xezerxeber.az/
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub