Sumqayıt şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ramil Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil şəhərin 4-cü mikrorayonunda 1992-ci il təvəllüdlü müğənni Həmid Sultanın idarə etdiyi "Ford" markalı maşınla toqquşub.
Nəticədə "Opel"in sürücüsü R.Quliyev, "Ford"u idarə edən H.Sultan və onun sərnişini 26 yaşlı Heydər Akmuradov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hər 3 şəxsin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub