Azərbaycanlı aktrisa Pərvin Abıyeva "Sənətsevər" verilişinə qonaq olub.
Aktrisa efirdə şəxsi həyatı ilə bağlı etiraf edib. Pərvin Abıyeva 17 yaşında nişanlı olduğunu, 19 yaşında ailə qurmağa hazırlaşdığını söyləyib. Lakin, qarşı tərəfin yalanlarına görə onların münasibəti pozulub. Hazırda Pərvinin yeni sevgilisi var.
Mynews.az milli.az-a istinadən aktrisanın müsahibəsindən diqqət çəkən məqamları təqdim edir:
"- İlk məhəbbətim çox olub. Hansı birini deyim? ( gülür ). Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan.
- Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram.
- Həyatımda biri var. Onu uzun müddətdir sevirəm.
- Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm.
- Əvvəllər mənə desəydilər ki, "Azərbaycanda tanınmış aktrisa olacaqsan" inanmazdım. Bəlkə də, gülərdim. Çünki, 17 yaşında nişanlı olan qız olmuşam. 19 yaşımda toyu olacaq biri idim.
- Mənim məhəbbətim deyil, ailəmin qərarı olub. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum.
- Lakin, alınmadı. Məlum oldu ki, həmin insan həm evli həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı.
- Bədbəxt olsam belə o insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim həyatım dəyişdi və ayrıldıq".
Həyatının anidən dəyişdiyini qeyd edən Pərvin əvvəllər menecer işlədiyini, mal sağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da söyləyib.


1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub