“Yeni klip çəkdirmişəm. Hətta çəkiliş zamanı yıxıldım, burnumdan zədə aldım. Klipdə rejissor onu necə gizlədəcək bilmirəm. Buna baxmayaraq, çəkilişi dayandırmadıq. Yeni bir fotosessiya da etdirirəm. Layihələrin ardı-arası kəsilməyəcək. Həftənin ikinci günü də yenə klip çəkilişinə başlayıram, daha sonra daha bir fotosessiya”.
Mynews.az-ın məlumatına görə, bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Aygün Kazımova deyib. Bütün vaxtını yeni layihələrə sərf etdiyini söyləyən müğənni, plastik əməliyyat da etdirdiyini gizlətməyib:
“İki plastik əməliyyatım oldu. Vaxt yox idi. Mənim üçün bu da bir layihədir. İnsanın əməliyyatdan sonra özünə gəlməsi üçün vaxt lazım olur. Onu da elə vaxta salırıq ki, tədbirimiz olmasın. İki əməliyyat dalbadal etdirdim”.
Uzun müddətdir həyatında sevgi olmadığını etiraf edən Kazımova elə buna görə də maraqlı layihələr hazırladığını bildirib:
“Məncə, bütün sənətçilərdə belədər. Sevgi olmayanda, yaxşı işlər görürsən. Sevgini parçalamaq olmur. Hazırda həyatımda sevgi yoxdur. Uzun müddətdir də olmayıb. “Crystal hall” kosnertimdə də yox idi. Olsaydı, bəlkə ağır olardı bu konserti təşkil etmək”.
“Amma həmin gün konsertdə ağlamağınız birmənalı qarşılanmadı” sözlərinə Aygün belə cavab verib:
“Mən heç kim üçün ağlamıram. Səhnədə və ya başqa yerdə ağlıyıramsa, kameraya düşürsə, kiminsə üçün deyil. Başqa bir şeydir. Səhnədə mahnını oxuyanda, konsertə hazırlaşdığım ağır məqamlar keçdi içimdən və kövrəldim. Səhnə başqa bir şeydir”.
A.Kazımova şou-biznesdə durğunluq yaranması ilə razılaşmayıb:
“Durğunluq olmadı... Bəlkə layihələr hazırlayırlar. Bu zaman hərə öz yuvasına çəkilir. Elə mən də hələ yuvamdayam, bir azdan çıxacam. Sağlam rəqabət var. Biri yenilik edəndə, o biri də çıxaracaq. Arada olan çaxnaşmalar belə, nəticədə gözəl layihəyə gətirir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub