ARB TV-nin "Açıq pəncərə" proqramının ilk buraxılışının qonaqlarından biri müğənni Rəhim Rəhimli olub.
Milli.Az bildirir ki, o, məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb:
"Yeyib-içdiyimizi insanalara göstərmək olmaz. Evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Bir dəfə proqramda baxmışdım ki, aparıcı girir yataq otağına, şkafı açır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi göstərim, maşınımı göstərim".
Müğənni bildirib ki, bunlar onun şəxsi fikirləridir:
"Müğənnilər mənə bu dediklərimə görə, cavab verməsin. Bu, mənim öz fikrimdir. Ağızlarını Allah yoluna qoyub danışmasınlar. Bu, insanların nəfsi ilə oynamaqdır. Bunu yeyə bilməyən, maşını sürə bilməyən var".
Rəhim məşhurların hər yerdə şəkil çəkib paylaşmasını da pisləyib:
"Bəzi müğənnilərimiz Bakıda məkan qoymayıb. Səhv etmirəmsə Vasif demişdi ki, maşallah, Firəngiz məkan qoymayıb. Bunlar görməmişlikdir. Görməmişliyin əlamətidir, görməyib".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub