Müğənni Manaf Ağayev efirdə qonaqlarla sərt rəftar etdiklərinə görə, aparıcıları tənqid edib.
Açıqlama verən sənətçi efirdə özünə qarşı hörmətsizliyi qəbul etmədiyini və belə halla qarşılaşacağı təqdirdə dərhal reaksiya verəcəyini bildirib:
“Qonaq olduğum verilişlərdə heç vaxt mənə qarşı təhqiramiz hərəkətlər və atmacalar olmayıb. Çünki aparıcılar xasiyyətimə bələddir. Bilirlər ki, artıq-əskik danışsa, cavabını verib, yerində oturdacam. Hətta kimsə zarafatyana nəsə deyibsə də, dərhal cavabını alıb. Çünki ondan kəm oğlan deyiləm ki, mənə nəsə desin. Aparıcı adamına baxıb, sözünü deməlidir. Çünki verilişə milyonlarla insanlar baxır. Onların içərisində qohum-əqrəbam da var. Verilişdən çıxan kimi dərhal zəng edirlər ki, filankəs sənə atmaca atdı, niyə cavabını vermədin? Ümumiyyətlə, nəinki müğənninin, istənilən insanın alçaldılmasının, təhqir olunmasının əleyhinəyəm. Hansısa müğənni özünə qarşı hörmətsizliyi qəbul edib, qulaqardına vurursa, bu, onun problemidir. Qaldı ki aparıcıya… əgər o, şou yaratmaq istəyirsə, bunu qabaqcadan deməlidir. Yoxsa verilişin ortasında nəsə qalmaqal etməyə cəhd edirsə, mən bunun əleyhinəyəm”.
yenicag.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub