Türkiyənin məşhur “Kurtlar Vadisi” teleserialında “Ömər baba” obrazı ilə yadda qalan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi” və “Matryoşka” tamaşalarının müəllifi, müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının qonağı olub.
Yenicag.az xəbər verir ki, qonaqlar Milli Teatrın yaranmasının 145 illiyi münasibətilə Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən tamaşaya baxmaq üçün Nizami yurduna gəliblər.
Bu dəfə teatrsevərlərə Tuncer Cücenoğlunun “Matryoşka” adlı romantik komediyası təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar Artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edib.
Daha sonra Emin Olcay və Tuncər Cücənoğlu Nizami yurdunun gəzməli, görməli yerlərinə baş çəkiblər. “Ömər Baba”nı Gəncə küçələrində görmək şəhər sakinlərinin marağına səbəb olub.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub