ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.
Publika.az xəbər verir ki, Baloğlan Əşrəfov ilk dəfə əməkdar artist Cavanşir Məməmmədovu ansambla qarmonçalan kimi gətirməsindən danışıb:
“1980-ci ildən Vaqif Ansambılı yaranan gündən Polad Bülbüloğlu mənə dedi ki, niyə özünə ansambl düzəltmirsən. Niyə tez-tez konsert vermirsən. Dedim ansamblım yoxdu. Dedi ansambl düzəlt. Bu faktdır, Cavanşir Məmmədovu ilk dəfə ansambla qarmonçalan kimi mən gətirdim. Dedim Cavanşir mənə ansambl yarat. Bax o ansambl flarmoniyada imtahan verdi. Mədəniyyət Nazirliyindən Vaqif Əlixanov və digər adamlar gəlib oturdu. Rəsmi şəkildə təsdiq olundu. Mənim indi peçatım da var ki, o, təsdiq olunmuş ansambl idi”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub