Rəqqasə Fatimə Fətəliyeva “Show time” verilişində qonaq olub.
Mynews.az xəbər verir ki, sənətçi bayram xatirələrini bölüşüb. O bildirib ki, hər il övladları ilə qulaq falına çıxır:
“Hər il bayramda qızım və oğlumla qonşunun qapısını pusuram. Çünki buna çox inanıram. Hələ oğlum dünyaya gəlməmişdi, 2010-cu ildə qızım Aydanla arzu tutduq. Ağzıma su doldurdum və qulağımı qonşunun qapısına qoydum. Həmin anda dəhşət uşaq səsi gəlirdi. İkinci uşaq haqda heç düşünmürdüm. 2011-ci ildə Hüseyn doğuldu. Hər il qulaq falına çıxanda narahat oluram ki, birdən pis nəsə eşidərəm.
Ötən il qulaq asanda “qalmaqal” və “get burdan” sözünü eşitdim. İl elə də keçdi. Çox işçilərim dəyişildi. İstəmədən qalmaqallar çox oldu. Məni tanıyanlar bilir ki, ümumiyyətlə qalmaqaldan uzaq insanam. Qalmaqalı boş bekar adamlar edir. Görürlər ki, tək canımla çalışıram, öz biznesim var. Rəhbərlik etmək də asan bir iş deyil, mən bunu bacarıram. Bunu da bir çoxlarının gözü götürmür”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub