“Düşün dərdə mənim kimi...” Əməkdar artistin “Ürək sözləri”

829
“Düşün dərdə mənim kimi...” Əməkdar artistin “Ürək  sözləri”
Əməkdar artist, bəstəkar-ifaçı Elza Seyidcahan “Harda bizdə o ürək?” adlı şeir yazıb. 
 
Yeni şeirini Moderator.az-a göndərən ifaçı bunları deyib: “Ədəbi dilimizə xələl gətirənlər, tərbiyəsizlər bu şeirimi də tərbiyəsiz yozacaqlar. Ədəbi dilimizi qoruyanlar, tərbiyəlilər isə tərbiyəli yozacaqlar”. 
 
 
Harda bizdə o ürək?
 
Ürəyimizi itirməyək ey insanlar...
İtirdikcə bitəcəyik,
İnciyəcəyik.
Yer üzündə əbədilik silinəcəyik,
İtəcəyik.
Döyüntüsü yeri-göyü dağıdacaq
Cəhənnəmdə irin-çirkli, qanlı suyu içəcəyik
Harda ürək, O ürək?
İnildəyə-inildəyə sürənəcəyik,
Getdi ürək, cingildəyə-cingildəyə.
Siz də qalın sızıldaya-sızıldaya, 
Qovrularaq.
Birdəfəlik, həmişəlik küsdü ürək
Deyəcəyik,  görəcəyik, güləcəyik.
Nə qədər desək də 
Harda bizdə o ürək???
Harda bizdə oooo ürəəəəək???
Gəlməz bizə bir dilək, getdi ürək
Getdi ürək çala-çala.
Getdi ürək.
Dedi ürək:
“Düzdə qalın, siz də çalın
İndi yanın, yana-yana
Düşün dərdə mənim kimi
Çala-çala, çala-çala
Düşün dərin çalaya 
Mən də getdim əlçatmaz bir qalaya.”
Çala-çala getdi ürək.
Yatdı ürək.
Harda bizdə o ürək?

Xəbər lenti