Azərbaycanlı aktrisa əsəbləşdi "Soruşurlar ki, şəxsi həyatında nə yenilik var?"

569
Azərbaycanlı aktrisa əsəbləşdi "Soruşurlar ki, şəxsi həyatında nə yenilik var?"

Aktrisa Xəyalə Quliyevanın milli.az-a müsahibəsi.

- Xəyalə xanım, teleaparıcı olsanız da bugünkü gündə daha çox aktrisalıqla məşğulsunuz. Niyə aparıcılıq etmirsiniz?

- Son 1 ilə kimi aparıcılıq edirdim, amma indi etmirəm. İnşallah, yenidən başlayacağam. Aparıcılığı atmamışam.

- Aparıcılıq, yoxsa aktrisalıq. Hansı sənət daha gəlirlidir?

- Hər ikisində də gəlir, maddiyat var, amma mənə daha doğma olan aparıcılıqdır.

- Bəs hansı çətindir?

- Əlbəttə ki, aktrisalıq.

- Bir zamanlar "Çəkirəm ha" verilişi sizi çox məşhur etdi. Bu, zarafat yönümlü bir veriliş idi. İstəyərsiniz yenə də elə bir veriliş aparasız?

- Bəli, bu veriliş məni çox məşhur etdi. Elə indi də adım çəkiləndə "Çəkirəm ha Xəyalə" deyirlər. Bundan sonra mən fərqli kanallarda və fərqli formatda 7 veriliş aparmışam. Amma heç birinin adıyla demirlər.

- Darıxırsınız "Çəkirəm ha" üçün?

- Əlbəttə ki, darıxıram. "Çəkirəm ha" 6 il efirdə getdi, 6 ilin 5 ilini bu veriliş çox gözəl reytinq verdi. Sonuncu il isə gördük ki, reytinqlər nisbətən aşağı düşüb. Mənə elə gəlir ki, biz bu verilişi elə vaxtında bağladıq.

- Ekranda gözünüzdən düşənlər çox olub?

- Xeyr, ekranda heç kim gözümdən düşmür. Ekranda görüb bəyənirəm, həyatda tanıyandan sonra gözümdən düşür. O insan bir müddət maskalana bilər, sonra get-gedə özünün əsl simasını göstərir.

- İnsanları tanıyanda reaksiyanız necə olur?

- Bir adam gözümdən düşdüsə, onun üzünə baxa bilmirəm.

- Hal-hazırda da komediya janrında olan "Qız atası" serialında çəkilirsiniz. Dram janrında olan bir ekran işində oynamaq istərdiniz?

- Əlbəttə, istərdim. Rejissorlar məni həmişə komediya janrında olan ekran işlərində görüblər deyə risk etmirlər ki, məni dram janrında sınasınlar. Amma bu, məndə daha yaxşı alınar. İnsanları güldürmək asandır, ağlatmaq çətindir. Amma mən yenə də ağlatmaq istərdim.

- Film bazarından razısınız?

- Nə barədə razıyam?

- Bir tamaşaçı kimi.

- Bəzən tamaşaçılar bizi qınayır, deyirlər ki, baxsınlar türk seriallarına, sonra serial çəksinlər. Onlar başa düşmür ki, türklər neçə ildir serial çəkməyə başlayıb. Yeni başlayanda, təbii ki, hər şey mükəmməl olmur. Bir dəfə zəif olar, bir dəfə güclü. Ən azından əziyyəti dəyərləndirmək lazımdır.

- Televiziyadan gördüyüm qədərilə qapalı bir insan tipiniz var. Heç nəyinizi bölüşmürsünüz?

- Mən şəxsi həyatımı niyə tamaşaçılarla bölüşməliyəm ki? Bəlkə də kimlər üçünsə maraqlıdır, amma mən istəmirəm ki, şəxsi həyatım maraqlı olsun. 2004-cü ildən ailəliyəm, iki övladım var. Bəzən sual verirlər ki, şəxsi həyatınızda nə kimi yeniliklər var? Bundan sonra nə yenilik olmalıdır?

- Övladlarınız oğlandır, yoxsa qız?

- Böyüyü oğlandır, 10 yaşı var.

- Sənətdə qadağa ilə qarşılaşmısız?

- Xeyr, əgər sən addımını bilirsənsə, hansı qadağadan söhbət gedə bilər?

Azərbaycanlı aktrisa əsəbləşdi: "Soruşurlar ki, şəxsi həyatında nə yenilik var?" - FOTO

 

Xəbər lenti