Son zamanlar müsahibə verməkdən çəkinirəm. Çünki hər müsahibəmdən sonra həyat yoldaşımın eks-arvadı məni polisə verir.
Mynews.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Türkiyə vətəndaşına ərə gedən azərbaycanlı aktrisa Cəmilə Tağızadə deyib.
O bildirib ki, həyat yoldaşı dörd il öncə boşanmasına baxmayaraq, onun keçmiş arvadı cütlükdən əl çəkmir:
"Ərimin keçmiş həyat yoldaşı ilə çəkişmələrimiz hələ də davam edir. Daha doğrusu, mən onunla çəkişmirəm. O bizdən əl çəkmir. Müsahibələrimdə onun fırıldaqçı və yalançı olduğunu demişəm.
Allah bizi şərdən, böhtandan qorusun. Onun da qarşısına normal bir insanın çıxmasını arzu edirəm. Bəlkə, başı yeni həyatına qarışa və bizdən əl çəkə.
Saytların birinə müsahibə vermişdim, gedib onu çıxartdırıb və polisə məndən şikayət edib. Prokurorluğa və polis şöbələrinə getməkdən bezmişəm. Allah mənə güc versin. Mənim vəziyyətimdə olan hər kəsə səbr və xoşbəxtlik arzu edirəm".Aktrisa şərhlərdə onu ailə dağıtmaqda ittiham edənlərə də cavab verib:
"Onlar dörd ildir boşanıblar, qadın hələ də əl çəkmir və həyatı bizə zəhər edir. Özünün də, bizim də həyatımızı korlayır. Yoldaşımı tanıyanda o artıq subay bir kişi idi. Mən heç kimi ayırmamışam, ailəsini dağıtmamışam".
Qeyd edək ki, Cəmilə Tağızadə "Cehizsiz gəlinlər" serialı ilə populyarlıq qazanıb. O, ötən ilin avqust ayında türkiyəli estetik cərrah Murad Temizlə evlənib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub