Mələkxanım Eyyubovanın yaxın qohumu, "Xalq Ulduzu" mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) Toksikologiya şöbəsinə yerləşdirilib.
Mynews.z Publika.az-a istinadən xəbər verir ki, müğənninin sosial şəbəkə vasitəsilə verdiyi məlumata görə, onu axşam iştirak etdiyi məclislərin birində zəhərləyiblər:
"Məni öldürməyə çalışan qüvvələr var. İçkimə dərman qatıb məni zəhərlədilər. Amma yenə ölmədim, şükür qurtuldum. Dünən heç danışa da bilmirdim. Bu gün danışa bilirəm. Bir neçə gün burada qalacam".
Müğənni iddia edir ki, bu təsadüfi hadisə olmayıb, onu qəsdən zəhərləməyə çalışıblar.
Müğənninin prodüseri Emil də faktı Publika.az-a təsdiqlədi. O bildirdi ki, Mirkamil bu gün xəstəxanadan evə buraxılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub