Mynews.az-ın məlumatına görə, barışıq addımı Röyadan gəlib.
Müğənni “Xəzər maqazin”ə açıqlamasında Nigarı çox istədiyini deyib:
“Yeganə adamdır ki, ona hirslənə bilmirəm. Düzdür, olanlara pis oldum. Onu çox istəyirdim. Amma sonra başa düşdüm ki, ona əsəbiləşə bilmirəm. Onun şeytan tükü var. Mən mübahisəni uzadan adam deyiləm. Acı dilim var, deyirəm, keçib gedir”.
Qeyd edək ki, bir müddət əvvəl Nigar Röya haqda “Məndə Röya ilə heç bir problem yoxdur” sözlərini demişdi.
Xatırladaq ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub