"Tonqaldan atlananda ayağım yandı" Məşhurların Novruz xatirələri

748
"Tonqaldan atlananda ayağım yandı" Məşhurların Novruz xatirələri

Şou-biznes nümayəndələri Novruz bayramında başlarına gələn maraqlı hadisələrdən danışıblar.

Məşhurlar "Xəzər maqazinə" açıqlamasında xatirələrini bölüşüblər:

Əməkdar artist Abbas Bağırov: "Bir dəfə papaq atdım, gözlədim şəkərbura, paxlava qoysunlar. Amma mürəbbə tökmüşdülər papağıma".

Aşıq Telli Borçalı: "Əmimgilə getdim ki, qapını pusum. 20 dəqiqə gözlədim danışmadılar. Qulağımı lap dirədim qapıya ki, bəlkə nəsə eşidərəm. Həmin an bibim qapını açdı və yıxıldım içəri".

Xalq artisti Faiq Ağayev: "Bu günümü həll edən qulaq falı olub. Tibb Universitetində oxuyurdum, incəsənətə istəyirdim. Qərar verdim ki, gedim qulaq falına, görüm nə olacaq. Yaxınlaşdım qapıya, eşitdim deyir, gəl da gəl, səni gözləyirik. Başa düşdüm ki, məni incəsənətdə gözləyirlər".

Müğənni Elnarə Xəlilova: "Universitetə daxil olmağım, ailə qurmağım Novruz falında məlum olmuşdu".

Əməkdar artist Dilarə Əliyeva: "Universitetdə qızlardan biri nişanlanmışdı. Konfet gətirmişdi ki, biz də qoyaq balışın altına, gələcək həyat yoldaşımızı görək. Mən də aparıb qoydum və Oqtay Əliyevi yuxuda gördüm. Həmin günə qədər heç vaxt onu həyatda belə görməmişdim".

Xalq artisti Brilliant Dadaşova: "Bir dəfə konsertdə gedib qapı pusdum. Dedilər, səni birdən gəlib aparacaqlar. Elə ondan sonra ərə getdim".

Əməkdar artist Vasif Məhərrəmli "Tonqaldan atdananda yanmışam" deyə bildirib.

Müğənni Nadir Qafarzadə: "Tonqaldan atlananda bir də gördüm yanıram. Məni içi su dolu boçkaya saldılar".

 Axşam.az

Xəbər lenti