Qalmaqallı aktrisa Pərvin Abıyeva ARB kanalında “Səhər-səhər” verilişində qonaq olub.
Oxu.Az xəbər verir ki, veriliş zamanı Pərvin bahalı maşın sürməsi ilə bağlı qınanılmasına münasibət bildirib:
“Azərbaycanda ən çox filmə çəkilən aktrisa mənəm. “Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür” deyənlərdən soruşun, görün ki, onlar kinostudiyanın qapısını tanıyırlarmı? Əgər bir ildə beş filmin qalasında sırf baş rolda oynamışamsa, bu, heç də az deyil.
Bəzən ildə 50 min qonorarım olur. Ən bahalı maşını sürürəm, yaxşı edirəm, əcəb edirəm. Getsinlər, onlar da etsinlər. Maraqlı olan bilirsiniz, nədir? Səni görəndə qucaqlayıb öpürlər, “birdənəsən, gözəlim, kuklam” deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan olmadığını da bildirib:
“573 min izləyicisi olan “Instagram” səhifəm var. Bütün məşhurlar kimi, mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm?! Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam.
Reklam edirəm və çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm, bu qiymətə istəyirsən, çək, istəmirsən, yox. Çünki mən də əziyyət çəkirəm. Filmə, seriala çəkilirəm. İşləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam?!”
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub