Xəbər verdiyimiz kimi, məşhur türkiyəli ifaçılar İlyas Yalçıntaş və Aynur Aydın Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, “İncir” mahnısı ilə milyonlarla tamaşaçı auditoriyası toplayan İlyas Yalçıntaş və müğənni Aynur Aydının çıxışı isə indidən tamaşaçıların marağına səbəb olub.
Belə ki, konsert üçün nəzərdə tutulan biletlərin böyük bir hissəsi satılıb.
“Elektra Events Hall”da indiyədək baş tutan konsertlərdə maksimum 3000 nəfər tamaşaçı olub. Bu dəfə isə satış üçün 3500 bilet nəzərdə tutulub.
Konsertdə bilet alanların sırasında İlyasın yerli fanları ilə yanaşı, Novruz bayramı münasibətilə İrandan paytaxtımıza təşrif buyurmuş qonaqlar da üstünlük təşkil edib.
Qeyd edək ki, konsertə biletlər 30 manatdan başlayır.
Konsertdən sonra səhərə kimi olan “After Party” hər kəsin ürəyincə olacaq.
Onu da xatırladaq ki, “Şirin su”nun baş sponsorluğunu etdiyi konsert 1 aprel tarixində, saat 20:00-da keçiriləcək. Yazın gəlişini isti musiqilərlə hiss etmək və yaya hazırlaşmaq üçün fürsətdən yararlanın.
Biletləri şəhərin mərkəzi kassalarından və www.iticket.az saytından əldə edə biləriniz. Əlavə məlumat üçün isə (070) 288 70 07 nömrələri ilə əlaqə saxlayın.