"Uzun müddətdir mən müğənnilərlə çalışıram. Amma heç biriylə dostluq etmirəm. Etsəm, çalışa bilmərəm".
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "ATV kulis" proqramında deyib.
Aparıcı müğənnilər haqda açıqlama verib:
"Müğənnilərimizdə böyük kompleks var. Deyirlər, biz gəlirik, hər şeyi edəcəyik. Amma işin astarına gələndə "Onu verməyin, burdan çəkməyin". Nəsə çəkəndə tapşırıqlar gəlir, zənglər dayanmır. Biz necə dünya şou-biznesinə çıxaq? Mikrofonu görən kimi başlayırlar "yox-yox" deməyə. Birinci özlərində onu püxtələşdirsin, sonra dünya şou-biznesi haqda düşünsünlər.
Müğənnilər deyir ki, bizə efir lazım deyil. Qayıdırlar ki, İnstaqram var, foto qoyuruq, hər yer yazır. Bizim məşhurları gözdən salan sosial şəbəkə oldu.
Mənə elə gəlir ki, axır vaxtlar məni sevmirlər. Elə olur ki, deyirəm, axı bu mənim üzümə gülürdü, necə oldu?"
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub