“5-də 5” verlişinin bugünki efirində maraqlı anlar yaşanıb.
A24.Az xəbər verir ki, proqramın qonaqları sırasında Təranə Qumral və Musa Musayev cütlüyü də olub.
Aparıcı Zaur Kamal bir neçə dəqiqə sonra müğənni Könül Kərimovanın da proqrama qatılacağını və Təranə-Musa cütlüyünü onunla barışdıracağını deyib. Təranə Qumral isə Könül Kərimova ilə aralarında heç bir problem olmadığını bildirib.
Lakin verlişin gedişatında yaşananlar Təranə Qumralın yalanını üzə çıxarıb. Belə ki, Təranə-Musa cütlüyünün studiyada olduğunu bilən Könül Kərimova efirə qatılmaqdan imtina edib. Elə canlı efirdəcə müğənni ilə telefon əlaqəsi yaradan Zaur Könülü studiyaya gətirməyə müvəffəq olmayıb.
Həmçinin, Zaurun sözlərinə görə, müğənni Nüşabə Ələsgərli də bugünki proqramda qonaq olacaqmış. Lakin o da Təranə-Musa cütlüyünün həmin efirdə iştirak etdiyini bildikdən sonra proqrama qatılmaqdan imtina edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub