Türkiyəli iş adamı Hüseyn Başaranın qızı Minə Başaranla Murad Gəzərin toyları baş tutmadığına görə ailənin toy hazırlığı üçün ödədikləri pullar geri qaytarılıb.
Başaran ailəsi toy üçün “Çırağan” sarayını bron etmişdi. Qəza səbəbi ilə saray ödənişi geri qaytarıb.
Eyni addımı müğənni Kənan Doğulu da atıb. Belə ki, müğənni toy üçün əvvəlcədən aldığı ödənişi köməkçisi ilə geri göndərib.
Bundan əlavə, Minə Başaran və Murad Gəzərin ailəsi və qohumlarının toy geyimlərini aldıqları “Vakko” və “Beymen” şirkətləri də ailəyə geyimləri qaytarıb pullarını geri ala biləcəklərini söyləyib. Cütlüyün kirayələdikləri evin sahibi də müqaviləyə əsasən 10 aylıq kirayə haqqını ala biləcəyi təqdirdə ödənişdən imtina edib.
Qeyd edək ki, martın 11-də BƏƏ-dən İstanbula qayıdarkən İranda qəzaya düşən təyyarədə 3-ü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Təyyarənin göyərtəsində “subaylığa vida” partisindən qayıdan Minə Başaran və 7 rəfiqəsi olub.
M.Başaran aprelin 14-də Murad Gəzərlə ailə qurmağa hazırlaşırdı.
qafqazinfo.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub