Bir neçə gün öncə tanınmış və qalmaqallı müğənni Şəbnəm Tovuzlu kiçik oğlu Əliyə təmtərahlı ad günü şənliyi etsə də, bu günə qədər onların keçirtdikləri ad günü məclisi medianın gündəmin düşmür.
Mynews.az BAKU.WS-ə istinadən xəbər verir ki, ad günü Şəbnəm ilə həyat yoldaşının birgə zala daxil olması qonaqlar tərəfində alqışlarla müşayət olunub.
Lakin bu doğum günündə edilən bir sıra qadağalar qonaqları belə çaş baş qoyub.
Belə ki, ailə məclisində müğənninin həyat yoldaşı öz yüksək vəzifəli dostları ilə xüsusi hazırlanmış masada əyləşib. Həmin masanı isə nə az nə çox düz 8 mühafizəçi qoruyub. Heç kəsə sənətçinin həyat yoldaşını çəkməyə icazə verilməyib.
Bu haqda məclis başlayanda da məclisin aparıcısı bütün qonaqlardan görüntü götürməməyi dönə-dönə rica edib.
Sənətçinin özü isə bu barədə qısa açıqlama verib: "Əgər bu mənim yoldaşımın qərarıdırsa, mən onun fikrinə ancaq hörmətlə yanaşa bilərəm. Olmazsa, olmaz. Bizim evdə ailənin başçısının sözləri müzakirə olunmur".
Doğum günündə ən maraqlı məqam isə sənətçinin qayınanası, qayınatası və qayınları ilə olan rəqsi olub. Bu zaman məclisin ortasında ancaq sənətçinin ailəsi rəqs edib. Şəbnəmin sənət dostları isə müğənninin ailə rəqsini sonadək alqışla qarşılayıblar.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub